AZ

Əfqanıstanda avtobus qəzası: 71 nəfər həlak olub

Qəza qurbanlarının 17-si uşaqdır, avtobusda İrandan deportasiya edilən qaçqınlar olub...

Əfqanıstanın Herat vilayətində avtobusun motosiklet və yük maşını ilə toqquşması nəticəsində 71 nəfər həyatını itirib. Həlak olanlar arasında 17 uşağın olduğu bildirilib.

Poliqon xəbər verir ki, bu barədə “Reuters” Agentliyi vilayət administrasiyasının nümayəndəsi Əhmədullah Muttaki-yə istinadən məlumat yayıb.

“Al Jazeera”nın məlumatına görə, avtobusda İrandan yeni deportasiya edilən qaçqınlar olub.

Vilayət polisi qəzanın əsas səbəblərini avtobus sürücüsünün yüksək sürət həddi aşması və yol hərəkəti qaydalarını pozması ilə əlaqələndirib.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr