Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent "Fox News" telekanalının efirində açıqlama verib.
O, amerikalı vergi ödəyicilərinin Ukraynanın təhlükəsizliyinə dəstək üçün mümkün hava müdafiəsi xərclərini ödəyib-ödəməməsi barədə suala cavab olaraq bildirib ki, Prezident Donald Tramp ABŞ-ın belə bir addımı atmağa hazır olduğunu bəyan edib.
"Mən hesab edirəm ki, prezident Tramp hazırda çox diqqətlidir. Biz Avropaya silah satırıq, onlar isə həmin silahları ukraynalılara ötürür. Prezident Tramp isə silahlara 10% əlavə qiymət qoyur. Ola bilsin ki, bu 10% hava dəstəyi xərclərini qarşılaya bilər", - Bessent vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31