AZ

Yeniyetmə oğlan dostunu 10 manat üstündə öldürübmüş TƏFƏRRÜAT (YENİLƏNİB)

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gəncədə yeniyetmənin qətlinin bəzi detalları üzə çıxıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Tunar Məmmədova hadisəni törədən Arif Hətəmovun 10 manat borcu olub. 10 manata görə tərəflər arasında bir neçə dəfə mübahisə olub. Lakin hadisədən əvvəl A.Hətəmov 10 manat borcunu Tunar Məmmədova qaytarıb. Sonra hadisəni törədən şəxs Tunar Məmmədovu şəhərin Natavan qəsəbəsində dəmiryolu xəttinin yaxınlığına söhbət etmək üçün çağırıb. Yenidən tərəflər arasında mübahisə düşüb. Bu zaman Arif Hətəmov özü ilə gətirdiyi bıçaqla Tunar Məmmədovu vurub. Bıçaq xəsarəti alan yeniyetmə dərhal xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Məlumata görə, hər iki yeniyetmə dost olub.

Faktla bağlı araşdırma aparılır.

***

Avqustun 19-da saat 21 radələrində Gəncə şəhəri ərazisində yetkinlik yaşına çatmayan K.N-nin (şərti) öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Unikal"a Gəncə șəhər prokurorluğundan məlumat verilib.

Araşdırmalarla yetkinlik yaşına çatmayan R.B-nin (şərti) șəhərin Dəmiryolu vağzalı adlanan ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Qeyd edək ki, ötən gün 2010-cu il təvəllüdlü T. Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatırılıb. Həkimlərinin müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.

*** 22:34

Gəncədə yeniyetmə oğlanı qətlə yetirən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı  A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

XXX

21:29

Gəncədə 15 yaşlı oğlan qətlə yetirilib.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. 2010-ci il təvəllüdlü T. Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərinin tibbi müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Tural Əhmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
unikal.az

1Mənbələr