ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Rusiya Dövlət Dumasının keçmiş deputatı Maqomed Hacıyev (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb - red.) məxfi məlumatları Qərbin xüsusi xidmət orqanlarına ötürüb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun təqdim etdiyi iddiada deyilir.
Məlumata görə, Hacıyev bunun üçün ABŞ strukturlarından 45 milyon dollar alıb: "Xaricdə olarkən Hacıyev ona xarici vətəndaşlıq verilməsi müqabilində Qərb xüsusi xidmət orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib... Əvvəllər o, məxfi məlumatların açıqlanmasına görə ABŞ dövlət qurumlarından nə az, nə çox, 45 milyon ABŞ dolları alıb".
Hacıyevin verdiyi məlumatların dəqiq məzmunu məhkəmə materiallarında göstərilməyib. Sabiq deputat Rusiyada axtarışa verilib. İddia ərizəsində deyilir ki, Hacıyev Türkiyə pasportuna malikdir, lakin ABŞ vətəndaşlığını almaqda maraqlıdır.
Ağarza Elçinoğlu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.