AZ

Ermənistanın Qarabağda törətdiyi faciələrin növbəti səhifəsi araşdırılıb

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 19-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən Ruben Vardanyanın vəkili Avraam Berman məhkəməyə müraciət edərək işə baxan hakimlər kollegiyasına etirazını bildirib. R.Vardanyan etirazı müdafiə edib. Zeynal Ağayev bildirib ki, müdafiə tərəfi dəfələrlə eyni məzmunlu etirazlar təqdim edib və hazırkı etirazda da hər hansı yeni xüsusat göstərilməyib. Qeyd olunanlara əsasən, etiraz müzakirəyə çıxarılmayıb. Bundan sonra Avraam Berman müdafiə etdiyi şəxslə konfidensial görüş verilməsini xahiş edib. Hakim vəsatəti təmin edib və məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmədə zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri dinlənilib.

Amin Həsənovun atası İlqar Həsənov övladının Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib. Ucal Babaşovun atası Nərbala Babaşov isə oğlunun Xocavənddə qarşı tərəfdən açılmış atəş nəticəsində həlak olduğunu söyləyib. Hüseyn Nəsibovun atası Əfqan Nəsibov övladının Şuşa-Xankəndi istiqamətində düşmənin təxribatı nəticəsində həyatını itirdiyini deyib. Nəcməddin Quliyevin atası Natiq Quliyev övladının Ağdərə istiqamətində həlak olduğunu qeyd edib.

Ramazan Hüseynzadənin atası Həmdulla Hüseynov övladının Xocalıda həlak olduğunu deyib.

Ramil Quliyev Kəlbəcərdə yaralandığını, iki nəfərin isə həlak olduğunu bildirib. Elnur Həsənov Tərtər rayonunun Həsənqaya kəndində minanın partlaması nəticəsində xəsarətlər aldığını söyləyib.

Bərzani Atayev Ağdərədə yaralandığını xatırlayıb. İsgəndər Hüseynov düşmənin açdığı artilleriya atəşi nəticəsində yaralandığını qeyd edib. Hadisə zamanı Samir Kərimov və Əli Heydərov da yaralanıb.

Halay Tahirli Kəlbəcərdə yaralandığını deyib. Həmin vaxt Kənan Nəsibov həlak olub, Eltəkin Həsənov isə müxtəlif növ bədən xəsarətləri alıb.

Elgün İsmayıllı Xocalı rayonunun Xanabad kəndində güllə yarası aldığını söyləyib. Hadisə zamanı onunla yanaşı, Xalid Əlifov və Babək Əhmədli də yaralanıb. Xalid Əlifov ifadəsində Xocavənddə xəsarət aldığını bildirib. Hadisə zamanı Əhliyar Muradov və Elgün İsmayıllı yaralanıb, Davud Qiyaslı isə həlak olub.

Nüsrət Kərimov, Rəsul Ramazanov, Əziz Qubadov, Ceyhun Əliyev, Elməddin Piriyev, Vasif Məmmədov, Elnur Piriyev, Ruslan Mirzəyev, Məhəmməd Piriyev, Samir Xəmmədli, Möhlət İdrisov, Hüseyn Nurullayev, Rəvan Əhmədov, Tural İsayev ifadələrində düşmənin təxribatları nəticəsində zərər çəkdiklərini qeyd ediblər.

Digər zərərçəkmiş şəxslər Elvin Muradov, Məhərrəm Məlikov, İlkin Əhmədov, Azər Həmzəyev, Elməddin Hacızadə, Hikmət Cəbiyev, Səfiyar Məmmədli, Orxan Sadıqlı ifadələrində Ağdərədə düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını vurğulayıblar.

Rəşad Qənbərov Xocavənddə yaralandığını deyib. Hadisə zamanı Murad Arzullayev və Cavid Əliyev həlak olublar. Nurlan Abdullayev Ağdərədə düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət aldığını bildirib. Rahil Dövlətov mina partlaması nəticəsində yaralandığını söyləyib. İmran Məmmədov Xankəndidə düşmənin atəşi nəticəsində xəsarət aldığını qeyd edib. Gündüz Əmoyev Xocavənd rayonunda qarşı tərəfin təxribatı nəticəsində yaralandığını deyib.

Eyvaz Hüseynov Ağdamda artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını diqqətə çatdırıb. Elvin Cabbarov Ağdərə-Xocalı istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını söyləyib.

Rahim Qardaşov deyib ki, Ağdərədə avtomobillə hərəkətdə olarkən mərmi atılıb. Partlayış nəticəsində o və avtomobildə olan digər şəxslər xəsarətlər alıblar. Toğrul Mehralıyev Kəlbəcərdə kəllə-beyin travması aldığını bildirib. Məcid Səfərov Zəngilanda mina partlaması nəticəsində xəsarətlər aldığını qeyd edib. İzzət Dadaşlı Xocavənd rayonunda kəllə-beyin travması aldığını söyləyib.

Məhkəmə prosesində mina qurbanı olmuş və digər zərərçəkmişlər Amid Əsədov, Çərkəz Quliyev, Oktay Alışov, Elşən Xəlilov, Vüqar Zülfüqarlı, Xəyal Abdullayev, İlham Salmanov, Dilavər Şükürov, Rövşən Əlizadə, Mehman Quliyev, Güloğlan Mirzəliyev, Bəhruz Nəsirov, Elnur Abbaszadə, Xanlar Aslanov, Səfər Əliyevin və başqalarının barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Bundan başqa, prosesdə məhkəmə-fonoskopik, məhkəmə partlayış texniki ekspertizalarının rəyləri elan olunub.

Məhkəmənin növbəti iclası avqustun 26-na təyin edilib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
4
xalqqazeti.az

10Mənbələr