Avqustun 19-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti verib.
Axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqədar 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 7 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.