AZ

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olunanların NƏZƏRİNƏ!

Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesinə 21 avqust saat 11:00-da start veriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
 

Namizədlər //portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.


Elektron sistem üzrə qeydiyyat 28 avqust saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Bizim.Media

Seçilən
52
30
bizim.media

10Mənbələr