ain.az, Bizimyol saytına istinadən bildirir.
Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer öz siyasi zəifliklərinə görə çətin ki, Ukraynaya qoşun göndərə bilsinlər.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
"Makron və Starmerin siyasi zəifliyini nəzərə alsaq, bu planın (Ukraynaya qoşun yerləşdirmək) necə həyata keçiriləcəyini anlamaq çətindir. İqtisadi baxımdan indi onlar üçün çətin dövrlərdir", - deyə adını açıqlamayan Aİ diplomatı bildirib.
Qeyd olunur ki, onların Avropa İttifaqındakı ən yaxın müttəfiqləri Ukraynaya qoşun göndərmək fikrinə şübhə ilə yanaşır.
Almaniya Sosial Demokrat Partiyasından olan Bundestaqın müdafiə büdcəsinə nəzarətdən məsul olan deputatı Andreas Şvars ölkədə “böyük kontingent üçün sadəcə olaraq kadrların olmadığını” və “hətta kiçik bir yerləşdirmənin də problem olacağını” vurğulayıb.
Polşa da qoşunların göndərilməsində iştirak etməyi planlaşdırmır, çünki ölkə daxilində olan “hərbi qüvvələri zəiflətmək” istəmir.
Avqustun 19-da Ukrayna ilə bağlı iki görüş baş tutdu - “istəklilər koalisiyası” liderlərinin telekörpüsü və AB-nin onlayn sammiti.
Hər iki tədbirdə Alyaskada keçirilən Rusiya-ABŞ sammitinin nəticələri, ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski, eləcə də bir sıra Avropa dövlət başçıları arasında danışıqlar, həmçinin hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna üçün təhlükəsizlik təminatları müzakirə edilib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.