AZ

Qobustanda torpaq uçqunu zamanı xəsarət alan balıqçının VƏZİYYƏTİ AÇIQLANDI

Kliniki Tibbi Mərkəz Qobustanda torpaq uçqunu zamanı xəsarət alan balıqçının vəziyyətini açıqlayıb.

News24.az-a Mərkəzdən bildirilib ki, avqustun 19-da bir nəfər (kişi cinsli) müxtəlif növ xəsarətlərlə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1990-cı il təvəllüdlü şəxsə hər iki qabırğanın fəsadlaşmamış yerdəyişmiş sınığı, burun və almacıq sümüyünün sınığı, aşağı ətrafların zədələnməsi diaqnozu təyin olunub.

Zəruri ilkin tibbi yardım göstərilən şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.


Seçilən
114
news24.az

1Mənbələr