Mustafa Xalidin elektrik stansiyasının yaxınlığındakı evini mühasirəyə alan qüvvələrsəsgücləndiricidən istifadə edərək 2022-ci ildə İŞİD-in keçmiş rəhbərinin öldürülməsindən sonra qruplaşmanın beşinci lideri vəzifəsini tutan Əbu Həfs əl-Quraşini təslim olmağa çağırıb.
“İraq vətəndaşı olan əl-Quraşi Fransa pasportu olan iki qadınla birlikdə həbs edilib. Onun əməliyyat zamanı öldüyü barədə məlumatlar var, lakin hələ ki, bunun təsdiqi yoxdur. Evin yaxınlığında atışma qısa müddətdə yaşanıb”, - suriyalı mənbələr bildirir.
Əbu Həfs əl-Quraşi əcnəbiləri cəlb etməklə İŞİD-ə “yeni qan” gətirmək bacarığı ilə tanınırdı və bu məsələdə Suriya sərhədinə yaxınlığı onun karına gəlirdi. Şahidlər bölgənin mühasirəsində Suriya hökumət qüvvələrinin də iştirak etdiyini söyləyirlər.
— Newsfeed (@Newsfeed883920) August 20, 2025
Sahil İsgəndərov
AzVision.az