AZ

Meksika ilə sərhəddə inşa olunan divarın qaraya boyanmasına qərar verdi

“ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə inşa olunan divarın qaraya boyanmasına qərar verib ki, günəş şüalarının təsiri ilə divar qızsın və miqrantların onu aşması çətinləşsin”. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem deyib.

“Bu, prezidentin birbaşa göstərişi ilə həyata keçiriləcək. O anlayır ki, burada qara rəngli hər hansı bir obyekt yüksək temperaturda daha çox qızır və bu da divarı aşmağı çətinləşdirir”, – deyə Noem bildirib.

Onun sözlərinə görə, ABŞ Konqresinin bu yaxınlarda qəbul etdiyi büdcə qanunları sərhəddə tikinti işləri üçün əhəmiyyətli maliyyə vəsaiti ayırır.

Seçilən
71
operativmm.az

1Mənbələr