AZ

Qobustanda torpaq uçqunu nəticəsində həyatını itirən şəxs SAHİBKAR İMİŞ

Abşeron rayonunun Qobustan kəndində torpaq uçqunu zamanı həlak olan, 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov sahibkar imiş.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, əslən Qazax rayonundan olan R.Əhmədov bir neçə ildir ki, Qobustan kəndinə köçüb və kəndin kənarında fermer təsərrüfatı yaradıb.

Həmin vaxtdan etibarən o, ailəsi ilə birlikdə kənddə yaşayıb. R.Əhmədov boş vaxtlarında kənd ərazisindəki çayın məcrasında yaradılan göldə balıq tuturmuş
 

Avqustun 19-da axşam saatlarında dostları ilə birlikdə yenidən həmin əraziyə balıq tutmaq üçün gedən R.Əhmədov balıq tutarkən qəfil torpaq uçqunu baş verib. Hadisə nəticəsində o, uçqun altında qalaraq həyatını itirib.


Məlumata görə, R.Əhmədovun iki azyaşlı övladı qalıb.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.

Bizim.Media

Seçilən
30
3
bizim.media

4Mənbələr