AZ

“Köhnə dünya”da lider böhranı: Qərbin İlham Əliyevi niyə yoxdur?

Son illər Qərbin açıq-aşkar lider böhranı yaşadığı göz önündədir. Donald Trampın Ağ Evə gəlişindən sonra ABŞ-Avropa münasibətindəki gərginlik fonunda bu böhran özünü daha çox büruzə verir.

Prezidentliyinin ilk günündən etibarən Qərbi öz təhlükəsizliyini ABŞ pulları hesabına təmin etməkdə ittiham edən Tramp, proseslərin bu şəkildə davam etməsinə yol verməyəcəyini bəyan etdi. “Hər kəs öz şələsini özü daşımalıdır” prinsipindən çıxış edən ABŞ prezidenti, Qərblə ticarətdə də yüksək rüsumlar müəyyənləşdirdi ki, bu da ”köhnə dünya”nı ciddi maliyyə itkilərinə məruz qoydu.

Ən maraqlısı isə odur ki, ABŞ-ın “müftə himayədar” statusundan imtina etməsi Avropanın təhlükəsizliyinin təminində həqiqətən də ciddi problemlər olduğunu üzə çıxardı. Məlum oldu ki, Trampın iradları tamamilə yerindədir və həqiqətən də Avropa ABŞ-sız öz təhlükəsizliyini təmin etməyə, xüsusilə də özünü Rusiyadan qorumağa qadir deyil.

Trampın Avropa liderləri ilə münasibətində diqqət çəkən məqamlardan biri də ABŞ prezidentinin haqlı-haqsız hər bir iradının Qərb rəsmiləri tərəfindən tam bir itaətkarlıqla qəbul edilməsi, kimsənin bu ittihamlar qarşısısında özünəmxəsus duruş və xarakter sərgiləməməsidir.

Trampın siyasi-dilomatik hücumları fonunda Qərb rəhbərliyinin susqunluğu və çarəsizliyi Avropada lider qıtlığının fəlakətli həddə çatdığını göstərdi. Halbuki, Prezident İlham Əliyevin 8 avqust 2025-ci il tarixli Vaşinqton səfərində ABŞ prezidenti ilə keçirdiyi görüş və apardığı dialoqlar Müzəffər Ali Baş Komandanın siyasi böyüklüyünü bir kəs daha ortaya qoydu. Qarşılıqlı hörmət və ehtiram şəraitində keçən görüşdə Donald Tramp İlham Əliyevin siyasi zəkasını dəfələrlə təqdir etdi, ona açıq şəkildə heyranlığını bildirdi.

İlham Əliyev Vaşinqton səfərində praktiki şəkildə göstərdi ki, bir lider üçün önəmli olan onun təmsil etdiyi dövlətin iqtisadi-hərbi gücü, yaxud əhalisinin say çoxluğu deyil. Bir lider üçün önəm kəsb edən ən vacib şey onun xarakteri, daşıdığı dəyərlər, sahib olduğu milli-mənəvi keyfiyyətlərdir. Çünki bütün böhranlı, gərgin anlarda məhz bu keyfiyyətlər liderin danışıq və davranışını idarə edir, onun əsl simasını üzə çıxardır. Hansı ki, Prezident İlham Əliyevin həm 44 günlük Vətən müharibəsində, həm də post-müharibə dsönəmində sərgilədiyi mövqe və xarakter bunun ən böyük isbatıdır.

Maraqlıdır, bəs Avropadakı ldier böhranına səbəb nədir? Niyə Qərbin İlham Əliyevi yoxdur?

Bunun ən mühüm səbəbi Qərb liderlərinin milli-mənəvi dəyərlər, tarixi-milli kimlik statusundan çıxış etməməsi, mənəvi dəyərlərdən daha çox maddi çıxarlar dalınca qaçmasıdır. Uzun illər ərzində mənəvi dəyərlərin maddi gəlirə qurban verilməsi Avropanı xarakterli liderə həsrət qoyub ki, bu tendensiyanın qısa zamanda ortadan qaxlması inandırıcı görünmür. Bunun üçün Qərbin hər bir xalqının, hər bir toplumunun öz milli-mənəvi dəyərlər sisteminə qayıtması, həmçinin,  həyata, insanlararası və dövlətlərarası münasibətlər sisteminə baxışını ümumbəşəri dəyərlər sistemi baxımından yenidən inşa etməsi lazımdır. Yalnız bundan sonra Qərbin nə vaxtsa yenidən Çörçillər, Şarl de Qollar yetişdirəcəyinə ümid etmək olar.

Seymur ƏLİYEV

 

Seçilən
52
moderator.az

1Mənbələr