AZ

İsrail səfiri Azərbaycandakı xristian icmalarının rəhbərləri ilə görüşüb - FOTO

Yazını böyüt
Yazını kiçilt

İsrailin ölkəmizdəki səfiri Ronen Krausz Azərbaycandakı xristian icmasının rəhbərləri ilə bir sıra görüşlər keçirib.

Hafta.az-ın yazdığına görə, Bakı və Azərbaycan yepiskopu Aleksiylə Pravoslav Dini-Mədəniyyət Mərkəzində baş tutan görüşdə pravoslav icmasının həyatı və Azərbaycanın dinlərarası dialoq modeli müzakirə olunub. Başqa bir görüşdə isə səfir Krausz Mixail-Arxangel pravoslav kilsəsinin protoiyereyi Mefodi Əfəndiyevlə bir araya gələrək pravoslav icmasının Azərbaycanın multikultural həyatındakı rolu barədə fikir mübadiləsi aparıb.

Səfir həmçinin Katolik Kilsəsinin Apostol Prefekturasında yepiskop Vladimir Fekete ilə də görüşüb. Söhbət zamanı Azərbaycandakı katolik icmasının həyatı, ölkədə yüksək səviyyəli dinlərarası əməkdaşlıq və dövlətin Katolik Kilsəsinə göstərdiyi diqqət və qayğı ətrafında müzakirələr aparılıb.

Seçilən
41
hafta.az

1Mənbələr