Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilən növbəti səriştəlilik sınağının nəticəsi məlum olub. Kolbasa məhsullarında nitrit, nəmlik, nişasta parametrlərinin kəmiyyətcə təyini üzrə sınaqlara 7 laboratoriya qatılıb.
İnstituta təqdim edilən nəticələrə dair hesabat AQTİ-nin saytında (afsi.gov.az) “Xidmətlər” bölməsinin “Səriştəlilik sınaqları” adlı alt bölməsindəki “Hesabatlar”da yerləşdirilib.
Nəticələr konfidensiallığın qorunması məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanıb. İştirakçılar sayta daxil olaraq nəticələrlə tanış ola bilərlər.