AZ

Şirkət audit olunmuş maliyyə hesabatlarına malik olmadığı üçün Listinqə alınması

23 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "ALPA" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.

"ALPA" ASC-nin abunə yazılışı 15 avqust 2025-ci il tarixindən başlayaraq 19 avqust 2025-ci il tarixinədək (3 iş günü) davam etmişdir. 200 min manatlıq səhmlərə 1 investor 1 sifariş təqdim edib. 

Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 20 avqust 2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.

Listinq qaydalarının 3.17.3 bəndində bildirilir ki, Emitent maliyyə hesabatlarını MHBS-nın tələblərinə uyğun hazırlamalı beynəlxalq audit şirkətləri tərəfindən ən azı son 1 (bir) ilin audit olunmuş maliyyə hesabatlarına malik olmalıdır. Emitent bu bəndə cavab vermədiyindən Qiymətli Kağızlar Listinqə alınmır.   

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "ALPA" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001026678

Səhmin növü və forması: Adi, adlı, sənədsiz səhm

Ticarət üsulu / forması:  Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı:  80 ədəd

İlkin ticarət qiyməti: 2 500 AZN

Buraxılış həcmi: 200 000 AZN

Hərrac qiyməti: 2500 AZN

Reallaşdırılmış həcm: 200 000 AZN

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 200,000 AZN

İnvestor sayı: 1

Sifariş sayı: 1

Ticarətə buraxılma tarixi: 20.08.2025

Anderrayter: “Assist Finance İnvestisiya Şirkəti” ASC

Seçilən
13
1
marja.az

2Mənbələr