AZ

PSJ ispaniyalı futbolçunu satışa çıxardı

BAKI, 20 avqust. TELEQRAF

Fransanın PSJ klubu futbolçusu Karlos Solerlə yollarını ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Paris təmsilçisi İspaniya yığmasının üzvünü satışa çıxarıb.

28 yaşlı yarımmüdafiəçi ilə İngiltərə və İspaniya komandaları maraqlanır.

Qeyd edək ki, Karlos Soler ötən mövsüm icarə əsasında İngiltərə “Vest Hem”ində çıxış edib. O, meydanda olduğu 33 oyunda 1 qol və eynisayda məhsuldar ötürmə müəllifi olub.

Seçilən
99
3
teleqraf.com

4Mənbələr