AZ

Dünyanın ən təhlükəli adası:

ain.az, News24 saytına istinadən bildirir.

Hind Okeanındakı Şimali Sentinel adası dünyanın ən qapalı bölgələrindən hesab olunur. Andaman adalarına bağlı bu ərazidə hazırda təxminən 500 nəfər yaşayır. Məlumata görə, 60 min ildən çoxdur ki, adada yaşayanlar xarici aləmdən təcrid olunublar. Ada Hindistanın qoruq zonasına daxildir və onun 9,3 kilometrlik ətrafı nəzarət altındadır.

News24.az xəbər verir ki, ada sakinləri yad adamlara qarşı son dərəcə aqressiv davranır. 2018-ci ildə ABŞ vətəndaşı Con Allen Çau adaya gizli şəkildə daxil olduqdan sonra qəbilə üzvləri tərəfindən öldürülüb, cəsədi isə sahildə basdırılıb. Çau daha əvvəl gündəliyində “əgər öldürülərəmsə, nə Tanrıya, nə də onlara qəzəblənməyin” qeydi yazıb.

Bu hadisə, Şimal Sentinel adasının dünyanın ən təhlükəli və yaxınlaşılması qadağan olunan yerlərindən biri olduğunu bir daha sübut edib.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
news24.az

2Mənbələr