AZ

Ağdam Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Ağdam Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə verilən məlumata görə, görüşdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlər diqqətə çatdırılıb. Həmin ərazilərdə icra olunan məşğulluq proqramları barədə məlumat verilib, həmçinin mövzu üzrə təqdimat edilib.

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlər üçün güzəşt və imtiyazlardan bəhs edilib.

Qarabağ və Şərqi Zəngəzura köçürülməsi planlaşdırılan sakinlərin məşğulluğunun təminatı sahəsində işəgötürənlərlə əməkdaşlıq imkanlarına, əmək yarmarkalarında şirkətlərin aktiv iştirakına dair məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

Görüşün yekununda agentliyin fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənib.

Seçilən
11
8
xalqqazeti.az

9Mənbələr