AZ

Qərb Tramp-Putin sammitinin nəticələrindən narahatdır - ÖZƏL

Qərbdə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Alyaskada keçirilən sammitinin nəticələrindən narahatlıq ifadə olunur.

Olaylar bu barədə "The Guardian"-a istinadən xəbər verir ki, Tramp narahatlıq doğuran şəkildə Rusiyaya qarşı hədələrdən və ultimatumlardan imtina edib və bununla Qərbdən qalanları zədələyə biləcəyindən narahatlıqlar var.

Jurnalistlər bildirirlər ki, əgər Ukrayna üzrə danışıqlardan sonra xaos baş verərsə, bu, Avropa üçün kədərli nəticələrə yol aça bilər.

Əvvəlcə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellog qeyd edib ki, Trampın Putinlə görüşünü tənqid edənlər sakit olmalı və mövqelərini təmkinlə saxlamalıdırlar.

Putin isə 19 avqust gecəsi Trampla telefon danışığında Alyaskada keçirilən görüş zamanı göstərilən qonaqpərvərlik üçün ABŞ Prezidentinə təşəkkürünü bildirib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr