AZ

Qars-Naxçıvan dəmir yolunun tikintisinə bu tarixdə başlanacaq

Qars-İğdır-Dilucu dəmir yolunun (Naxçıvan Muxtar Respublikası ilə sərhəd - red.) tikintisinin başlanma tarixini açıqlanıb.

Publika.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu yeni nəqliyyat layihəsinin icrasına başlanılması mərasiminin avqustun 22-nə planlaşdırıldığını bildirib.

“Yeni yol Cənubi Qafqazda iqtisadi əməkdaşlığa mühüm töhfə verəcək, Zəngəzur dəhlizinin açılması ilə isə Pekindən Londona qədər geniş məkanda yük axınlarının səmərəliliyi artacaq”, - deyə türkiyəli nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyə hökuməti Naxçıvanla sərhədə qədər 224 kilometrlik dəmir yolu layihəsinə 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb edib.

Seçilən
84
4
publika.az

7Mənbələr