AZ

Fransada kişi canlı yayımda zorakılığa məruz qalaraq ölüb

Fransada 46 yaşlı kişi canlı yayım zamanı zorakılığa məruz qalaraq ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilir ki, hadisə Fransanın cənubunda baş verib. Rafael Qreyven adlı şəxs orada yaşayıb və ölkədə tanınan onlayn platformada açdığı canlı yayımlar vasitəsilə populyarlıq qazanıb.

Canlı yayımlar zamanı o, təhqirlərə, alçaldılmalara və hətta işgəncələrə məruz qalıb. Lakin gözlənilmədən vəziyyəti pisləşib və onun vəfat etdiyi açıqlanıb.

Faktla bağlı polis araşdırmalara başlayıb. Canlı yayımların aparıldığı platformanın administrasiyası da prosesə qoşulub.

Seçilən
11
3
far.az

4Mənbələr