AZ

Həkimlər xəbərdarlıq edir: qazlı su uşaqlar üçün təhlükəlidir

Uşaqlar üçün qazlı suyun ziyanı açıqlanıb.

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, həkim Anastasiya Lebedevanın sözlərinə görə, qazlı su uşaqlara zərər verə bilər. Onun fikrincə, 7 yaşına qədər uşaqlara qazlı su verməmək daha yaxşıdır, çünki bu içki mədə-bağırsaq traktını qıcıqlandırır və diskomfort yarada bilər.

“Qazlı suyun tərkibində həll olunmuş karbon qazı var. Məhz bu qaz suya xarakterik qabarcıqları və turşməzə dadı verir. Qazsız su isə bu komponentdən məhrumdur və həzm üçün daha neytral hesab olunur. Qazlı su mədədə qazın ayrılması səbəbindən köp, gəyirmə və narahatlıq yarada bilər. Həssas mədə-bağırsaq sistemi olan uşaqlarda, məsələn, qastrit və ya reflüks zamanı, qazlı su turşuluğu artıraraq selikli qişanı qıcıqlandıra bilər”, – deyə həkim bildirib.

O, vurğulayıb ki, qazsız su daha təhlükəsiz seçimdir, çünki əlavə qaz əmələ gətirmir, susuzluğu daha yaxşı yatırır və yan təsirlərə səbəb olmur.

Mütəxəssisin sözlərinə görə, payız aylarında uşaqların immuniteti zəiflədiyi üçün, soyuqdəymə mövsümündən əvvəl mədə-bağırsaq traktını qıcıqlandırmamaq məqsədilə qazlı sudan uzaq durmaq lazımdır. 

Həmidə İbrahimova

Seçilən
68
3
olke.az

4Mənbələr