AZ

Şarmınızı azaldan6 psixoloji faktor

Psixoloji araşdırmalar bizim sosial cəlbediciliyimizə təsir edən altı gizli amili üzə çıxarıb.

Yuxusuzluq

İsveç və Hollandiyada aparılan araşdırmalar sübut edib ki, yuxusuzluqdan əziyyət çəkən insanlar daha yorğun və daha az cəlbedici görünürlər. Dərinin solğunluğu, göz altındakı qara ləkələr və göz qapaqlarının sallanması yuxusuzluğun əsas əlamətləridir. Səkkiz saat yatan insanlar, yatmayanlara nisbətən daha cəlbedici görünür.

Şəxsiyyətin mənfi xüsusiyyətləri

Psychologs.com-a görə, kiminsə xarici görünüşü nə qədər yaxşı olsa da, mənfi qavrayışı cəlbediciliyə ciddi ziyan vura bilər. 2014-cü ildə Çində aparılan bir araşdırma göstərib ki, kobud, qısqanc və ya pis niyyətli insanların görünüşü neytral olsa belə, daha az cəlbedici hesab edilir. Əksinə, xeyirxah, dürüst və empatik insanlar daha etibarlı və cəlbedici görünürlər.

Zəif bədən dili

Bədən dili şifahi ünsiyyətin ən güclü vasitələrindən biridir. Stanford Universitetinin araşdırması göstərib ki, özünə güvənən, qolları açıq və dik duruşlu insanlar daha cəlbedici görünürlər. Digər tərəfdən, əyilmiş çiyinlər, çarpaz qollar və ya əyilmiş duruş etibarsızlıq və məsafə təəssüratı yaradır.

Yüksək stress səviyyəsi

Finlandiya, Estoniya və Cənubi Afrikada aparılan bir araşdırma stress hormonu- kortizol səviyyəsi yüksək olan qadınların kişilər tərəfindən daha az cəlbedici göründüyünü ortaya qoyub. Stress birbaşa üz ifadələrinə, dəri sağlamlığına və insanın enerjisinə təsir edir.

Aşağı yumor hissi

San Dieqo Kaliforniya Universitetinin araşdırması göstərir ki, yumor qabiliyyəti aşağı olan şəxslər daha az cəlbedici kimi qəbul edilir. Birlikdə gülmək sosial əlaqələri qurmağa kömək edir.

Yalan

Qərbi Ontario Universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, dürüst insanlar daha cəlbedici hesab edilirlər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, hətta kiçik yalanlar da insanın imicinə xələl gətirə bilər.

Cəlbediciliyə təsir edən digər amillər arasında gigiyena vərdişləri də var ki, bu vərdişlər, hətta genetik səviyyədə həyat yoldaşı seçiminə təsir edə bilər. Nyu-Meksiko Universiteti tərəfindən 2006-cı ildə aparılan təhlillər, çox oxşar immunitet sisteminə malik cütlərin bir-birlərinə daha az maraq göstərdiklərini və xəyanət riskinin daha yüksək olduğunu müəyyən edib. Eynilə, həddindən artıq güclü və ya xoşagəlməz bədən qoxuları insanı narahat edə bilər. Bir sözlə, şəxsi təmizlik və ümumi bədən kimyası cəlbediciliyə birbaşa təsir göstərir.

 Hər hansı maddədən istifadə nəzərə alınmalı vacib amildir. 2016-cı ildə Belçikada aparılan bir araşdırma çox siqaret çəkən və ya həddindən artıq içki içən kişilərin, xüsusən də uzunmüddətli münasibətlərdə daha az cəlbedici kimi qəbul edildiyini göstərdi. İfrat və qeyri-sağlam vərdişlər çox vaxt zəif qərar qəbul etmə və aşağı həyat keyfiyyəti ilə əlaqələndirilir.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
6
ikisahil.az

1Mənbələr