Fransada “Jan Pormanov” adı ilə tanınan Rafeal Graven canlı yayım edərkən həyatını itirib.
Onun gecə yayımdaykən ürəyi dayanıb. Hadisəni həmin an minlərlə izləyici görüb.
News24.az xəbər verir ki, hadisə zamanıonun yuxuya getdiyini zənn edən dostu ona uzaqdan butulka ataraq oyatmağa çalışıb. Lakin sonradan onun öldüyünü anlayıb və yayımı dayanıb. Ölüm xəbəri dostu və həmkarı tərəfindən sosial şəbəkədə paylaşılıb.
Hadisədən sonra Fransa hökuməti onlayn platformalara canlı yayım açanlara daha məsuliyyətli davranmaları üçün xəbərdarlıq edib.