Ukrayna Nazirlər Kabineti İranla diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız səfərləri ilə bağlı anlaşma memorandumunu ləğv edib. SİA xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk teleqram kanalında məlumat yayıb. “Ukrayna hökuməti ilə İran İslam Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız səfərləri ilə bağlı 15 mart 1993-cü ildə Kiyevdə imzalanmış anlaşma memorandumu ləğv edilib”, - Melnıçuk bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta