AZ

Gəncədə yeni avtobus parkı kompleksi fəaliyyətə başlayacaq, gedişhaqqı “CityCard” ilə ödəniləcək

Yaxın zamanda "AZCON Holding" şirkətlərindən olan "Baku Bus" tərəfindən Gəncə şəhərində yeni avtobus parkı kompleksi fəaliyyətə başlayacaq.

Marja.az xəbər verir ki, bununla əlaqədar həmin avtobuslarda gedişhaqqının “CityCard” nağdsız ödəniş sistemi vasitəsilə ödənilməsi mümkün olacaq.

Yeni sistem Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda tətbiq ediləcək.

Xəbər verildiyi kimi, tezliklə  "Baku Bus" Gəncə şəhərində sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə fəaliyyətə başlayacaq. 

Seçilən
26
marja.az

1Mənbələr