Ən kiçik cırtdan planet olan Ceresdə duz yatağının mövcudluğunu göstərən parlaq ağ parıltı müşahidə edildi.
QHT.az xəbər verir ki, NASA alimi Dr. David Grinspoon Günəş sistemindəki ən kiçik cırtdan planet olan Ceresdə həyatın ola biləcəyini bildirib. Onun sözlərinə görə, orada duz yataqları və maye su izləri aşkarlanıb ki, bu da keçmişdə su dünyası olduğunu göstərir.
Alim qeyd edib ki, bu kəşf astrobioloqlar üçün maraqlıdır, çünki Ceres kimi planetlərdə hələ də yaşamağa uyğun okeanların mövcud olması mümkündür. Grinspoon hesab edir ki, Ceres elm adamlarının hələ öyrənmədiyi orqanizmlərin evi ola bilər.
R.İmanov