AZ

Soyunub geyinmə otağındakı davadan sonra transfer siyahısına qoyuldular

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Marsel” rəsmi saytında yarımmüdafiəçilər Adrien Rabiot və Conatan Royun soyunub-geyinmə otağında qəbuledilməz davranışları səbəbindən transfer bazarına çıxarıldığını açıqlayıb.

Lent.az-ın xarici KİV-ə isinadla xəbərinə görə, "Marsel" Liqa 1-in yeni mövsümünün ilk turunda avqustun 15-də "Renn"ə 0:1 hesabı ilə məğlub olub. Oyundan sonra mətbuat “Marsel”in soyunub-geyinmə otağında bir neçə futbolçu arasında münaqişənin yarandığını və bunun davaya çevrildiyini yazıb. Rabiot və Roy bazar ertəsi klub məşqinə buraxılmayıb.

"Marsel", Adrien Rabiot və Conatan Royun transfer siyahısına salındığını açıqlayıb. Bu qərar “Renn”lə oyundan sonra soyunub-geyinmə otağında yolverilməz davranışdan sonra, məşqçilər korpusu ilə razılaşdırılaraq və klubun daxili davranış qaydalarına uyğun olaraq qəbul edilib. Klub hər iki oyunçunu bazar ertəsi xəbərdar edib”, - “Marsel”in açıqlamasında deyilir.

Rabiotun 30 yaşı var. O, Fransa millisi ilə 2022-ci il dünya çempionatının gümüş mükafatçısıdır. Rabiot 2024-cü ilin sentyabrında “Marsel”ə qoşulmazdan əvvəl PSJ, “Tuluza” və İtaliyanın “Yuventus” klublarında çıxış edib. 

Royun 22 yaşı var. İngilis futbolçu "Marsel"ə "Norviç"dən 14,5 milyon avroya keçib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
lent.az

1Mənbələr