APA-nın əldə etdiyi məlumata görə, insidentdə iştirak edən hər iki şəxs 2-ci Qarabağ müharibəsi qazisidir. \apa.az
Ajans.az hadisə zamanı Abşeron rayon sakini 35 yaşlı İlkin Seyidzadə aralarında yaranan şəxsi münaqişə zəminində tanışı Sumqayıt şəhər sakini 43 yaşlı Mahir Məmmədovu döyüb. Daha sonra M.Məmmədov özündə olan ov tüfəngi ilə atəş açaraq İ.Seyidzadəyə məxsus “Toyota Prado” markalı avtomobilin təkərlərini yararsız hala salıb və silahla nəqliyyat vasitəsinin ön qapısını əzərək onun maşından düşməsini tələb edib.