AZ

“BakuBus” Gəncədə fəaliyyətə başlayır, gedişhaqqı “CityCard” ilə ödəniləcək

“BakuBus”ın Gəncədə fəaliyyətə başlaması ilə əlaqədar olaraq, yaxın zamanda Gəncə şəhərində avtobuslarda gedişhaqqını “CityCard” nağdsız ödəniş sistemi vasitəsilə ödəmək mümkün olacaq.

FED.az xəbər verir ki, “CityCard”lar “Azərpoçt” filiallarında satışa buraxılıb.

Kartların balansını “eManat” ödəniş terminallarından, yaxud “CityCard” mobil tətbiqi vasitəsilə artırmaq mümkündür.

Bildirilib ki, yeni sistem şəhərdə fəaliyyət göstərən bütün avtobuslarda tətbiq ediləcək.

Seçilən
19
1
fed.az

2Mənbələr