AZ

BDU-nun 5 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq

Bakı, 21 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) 5 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq.

Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.

BDU məzunu Xədicə Axundova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London Kraliça Meri Universitetində tibb mühəndisliyi, Zöhrab Əliyev Qlazqo Universitetində yer elmləri, Samirə İsmayılova Bristol Universitetində kimya, Edqar Şahbazov Mançester Universitetində molekulyar biologiya, Natiq Xamedov Türkiyənin İstanbul Universitetində kimya ixtisasları üzrə təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində 2025/2026-cı tədris ili üzrə ümumilikdə 19 gənc dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alacaq.

Seçilən
6
3
azertag.az

4Mənbələr