AZ

Azərbaycan “İnterviziya”da iştirak etməyəcək

ain.az bildirir, Olay.az portalına istinadən.

Azərbaycan “İnterviziya”da iştirak etməyəcək

Azərbaycan Rusiyada keçiriləcək “İnterviziya” müsabiqəsində iştirak etməyəcək.

OLAY yazır ki, bu barədə tədbirin təşkilatçılarının sosial şəbəkələrdə yaydıqları məlumatda deyilir.

Bildirilir ki, BƏƏ də mahnı müsabiqəsində iştirak etməyəcək. Səbəb kimi daxili vəziyyət və hazırlıq üçün vaxt çatışmazlığı göstərilir.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi (XİN) “İnterviziya”da iştirak edəcək ölkələrin siyahısını dərc edib.

Rusiya XİN-in Çoxtərəfli Humanitar Əməkdaşlıq və Mədəni Əlaqələr Departamentinin direktoru Aleksandr Alimov tədbirdə 21 ölkənin iştirak edəcəyini bildirib.

“Təəssüf ki, dəvət etdiyimiz bütün ölkələrin heç də hamısı siyahımızda yer almayıb”, - o qeyd edib.

Qeyd edək ki, hazırda müsabiqədə iştirakını 21 ölkə təsdiqləyib: Belarus, Venesuela, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qətər, Keniya, Çin, Kolumbiya, Kuba, Qırğızıstan, Madaqaskar, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, ABŞ, Tacikistan, Özbəkistan, Efiopiya və Cənubi Afrika Respublikası.

“İnterviziya” 2025-ci ilin sentyabrında Rusiyada keçiriləcək. Bu müsabiqə hələ sovet dövründə tanınırdı, lakin uzun illər unudulmuşdu. İndi isə “Avroviziya”ya cavab olaraq yenidən dirçəldilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
olay.az

2Mənbələr