SSRİ-də məşhur qatil Çikatilonun oğlu Ukraynada gedən hərbi əməliyyatlar zamanı həlak olub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, Ukrayna ordusunun sıralarında xidmət edən Yuri Çikatilo Xarkov istiqamətində gedən döyüşlərdə öldürülüb.
Onun 2022-ci ildən döyüşdüyü bildirilir.
Qeyd edək ki, Andrey Çikatilo SSRİ ərazisində 1978-ci ildən 1990-cı ilədək 53 qətl hadisəsi törədib. Onun siyahısında 14 qız uşağı, 17 qadın var. Məhkəmənin qərarı ilə 1994-cü ildə edam edilib.