AZ

Bakıda arvadının başına televizor pultu vuran kişiyə bu CƏZA VERİLDİ

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhərində ailə-məişət zəminində baş vermiş dava məhkəmə ilə nəticələnib.

Modern.az-ın məlumatına görə, hadisə bu ilin 15 martında gecə saatlarında yaşanıb.

50 yaşlı N.Məmmədov evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisənin əsas səbəbi qızları ilə bağlı ailədaxili narazılıq olub.

Mübahisə zamanı o, masanın üzərindəki televizor pultu ilə həyat yoldaşının başına zərbə vurub. 

Məhkəmədə təqsirləndirilən şəxs əməlini etiraf edib, peşman olduğunu bildirib. O, Türkiyədə müalicədən qayıdarkən saxlanılıb və məhkəmədən yayınmaq niyyəti olmadığını qeyd edib. Qadın isə onun həbs edilməsinə razı olmadığını desə də, barışmaqdan imtina edib.

Məhkəmə qərarı ilə N.Məmmədov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. Ona 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib, sonradan həbsdə

Təyin olunmuş cəzadan həbsdə keçirdiyi müddət çıxılaraq yekunda 7 ay 20 gün cəza saxlanılıb. Hökmlə o, Bakı şəhərini tərk edə bilməyəcək, yaşayış yerini dəyişdirə bilməyəcək və gecə saatlarında evdən çıxmamalıdır. Üstəlik, elektron nəzarət vasitəsini daşımalı və kütləvi tədbirlərdə iştirak etməməlidir.

Elnur Əmirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
modern.az

2Mənbələr