Bütün dünyanın ən yumşaq ürəkli hakimi dünyasını dəyişib.
Məhkəmədəki təsirli çıxışlarına və insani keyfiyyətlərinə görə "Bütün dünyanın ən yumşaq ürəkli hakimi" ləqəbini qazanan Frank Kaprio 88 yaşında dünyasını dəyişib. Səbəb ölümündən bir neçə həftə əvvəl abunəçilərinə dediyi mədəaltı vəzi xərçəngi olub.
Kaprio Rhode Island əyalətində yaşayırdı. O, özünəməxsus ədalət üslubunun milyonların qəlbini fəth etdiyi "Providencedə tutuldu"şousu sayəsində məşhurlaşdı. Verilişin klipləri sosial şəbəkələrdə sürətlə yayılıb. Hakimin TikTok-da 1,6 milyon izləyicisi var idi.
"Onun mirası ilhamlandırdığı saysız-hesabsız xeyirxahlıqlarda yaşayır. Onun şərəfinə, onun hər gün etdiyi kimi, biz dünyaya bir az daha şəfqət gətirməyə çalışacağıq", - o, sosial media səhifəsində açıqlamasında deyib.
Frank Kaprio insanların səhvlərinin arxasındakı insanlığı görmək bacarığına görə “Bütün dünyanın ən yumşaq ürəkli hakimi” adlandırılıb. Onun şousu 2000-ci ildə debüt etdi və nüfuzlu Gündüz Emmi Mükafatını dörd nominasiya üzrə qazandı. O, 1985-ci ildən 2023-cü ilə qədər Providence Bələdiyyə Məhkəməsində çalışaraq, ədalət sistemində və onunla qarşılaşanların qəlbində silinməz iz qoyub.
Əziz Mustafa