AZ

İxtisas seçiminin cavabları bu həftə açıqlanacaq?

Bu il ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025 ci il avqustun 11-dən 19 avqust saat 23:59-dək aparılıb.

Hazırda abituriyentləri ən çox maraqlandıran məsələ isə cavabların nə zaman elan olunacağıdır.

Ölkə.az xəbər verir ki, əvvəlki illərdə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan müsabiqənin nəticələri seçim bitdikdən 3 iş günü müddətinə elan olunur. Bu da o deməkdir ki, cavablar bu həftə ərzində elan oluna bilər.

Qeyd edək ki, qrup üzrə boş yerlərin sayı 20 385, ərizəsi təsdiq olunan abituriyentlərin sayı isə 23 919 nəfərdir.  II qrup üzrə bu göstəricilər müvafiq olaraq 14 935 və 19 041-dir.

Hər il ciddi rəqabətin olduğu III qrupda isə 15 583 yer uğrunda  24 414 nəfər mübarizə aparacaq. IV qrupda boş yerlərin sayı 4 min 732, ərizəsi təsdiq olunanların sayı isə 6 966 nəfərdir. V qrup üzrə 4 704 yer üzrə 16 min 517 ərizə təsdiq olunub ki, bu da ən çox rəqabətin V qrup üzrə aparılacağını göstərir. 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 11 illik bazada kolleclərə ixtisas seçimi ali məktəblərə qəbulun nəticələri elan olunduqdan sonra başlayacaq.

Seçilən
5
10
olke.az

10Mənbələr