AZ

Azərbaycanda hansı sahələrdə nə qədər maaş verilir?

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1097,3 manat təşkil edib.

Publika.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% artıb.

Ən yüksək maaşı mədənçıxarma sənayesində işləyənlər alıb. Onların orta aylıq əməkhaqqı 4554,9 manat olub. Xam neft və təbii qaz hasilatı sahəsində isə orta əməkhaqqı 3853 manat təşkil edib. Maliyyə və sığorta fəaliyyəti (3052,6 manat) ilə qumar və mərc oyunlarının təşkili (3044,4 manat) də ən yüksək ödənişli sahələr sırasında yer alıb.

Ən aşağı maaş isə geyim istehsalı sahəsində qeydə alınıb - cəmi 448,4 manat. Bunun ardınca məşğulluq fəaliyyəti (468,6 manat), çirkli suların yığılması və emalı (499,5 manat) və mebel istehsalı (511,9 manat) gəlir.

Ən çox artım kompüter, elektron və optik məhsulların istehsalında olub - əməkhaqqı bir ildə 62% artaraq 1734 manata yüksəlib. Daha sonra koks və təmizlənmiş neft məhsullarının istehsalı (48,5%), elektrik avadanlıqlarının istehsalı (29,2%) və hava nəqliyyatı fəaliyyəti (25%) gəlir.

Ən az artım isə mərkəzi ofislərin fəaliyyəti və idarəetmədə (0,5%), reklam işində (0,1%) və maşınların quraşdırılması və təmirində (0,2%) qeydə alınıb.

Seçilən
12
7
publika.az

9Mənbələr