AZ

Filipp Kirkorova ağır xəstəlik diaqnozu qoyuldu

Ajans.az MASH teleqram kanalına istiandən xəbər verir ki, müğənni halsızlıq, daimi susuzluq hissi və “pambıq ayaqları”ndan şikayətlənir. Bu səbəbdən Kirkorov hazırda səhnəyə qayıda bilmir. Onun növbəti tədbirlərinin 2026-cı ilin fevralına planlaşdırıldığı bildirilir. Kanalın yazdığına görə, ifaçıda tez-tez əhval-ruhiyyə dəyişiklikləri müşahidə olunur. Həkimlər pəhriz saxlamağı tövsiyə etsələr də, Kirkorov buna razılıq verməyib. İfaçı hazırda gündəlik insulin qəbul edir.

Xatırladaq ki, bu ilin aprelində Kirkorov konsertdə pirotexniki vasitələrlə bağlı insident nəticəsində xəsarət almış və yaralarının uzun müddət sağalmaması səbəbindən sağlamlığı ilə bağlı şübhələr yaranmışdı.

Seçilən
29
Ajans.az

1Mənbələr