AZ

Fahriye Evcen və Burak Özçivit boşanma və zorakılıq iddialarına reaksiya verib

Ajans.az Haber Global-a istiandən xəbər verir ki,bir müddət əvvəl Burak Özçivitin “Kuruluş Osman” serialından ayrılması ilə gündəmə gəlməsi və şəxsi həyatının müzakirə olunması, cütlüyün evliliyində böhran olduğu iddialarını artırmışdı. Son olaraq, Fahriye Evcen sosial media profilindən soyadını silərək boşanma xəbərlərini gündəmə gətirmişdi, lakin bir neçə saat sonra soyadını yenidən “Özçivit” olaraq dəyişib. Ötən gün yayılan bir xəbərdə qonşulardan yüksək səslərin eşidildiyi və şiddət iddiaları yer alsa da, Evcen və Özçivit məsələyə rəsmi açıqlama ilə cavab veriblər: "Ailə həyatına və ailə institutuna bir az hörmət edin. İddia pərdəsi altındakı yalan xəbərlərlə bizi yormaq cəhdi davam edərsə, cavabdehlər haqqında qanuni tədbirlər görüləcək."

 

Seçilən
13
Ajans.az

1Mənbələr