AZ

Masallıda süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırıldı

Masallıda süd qəbulu məntəqəsində qida təhlükəsizliyi tələbləri pozulub.

 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat yayıb.

 

Daxil olan müraciət əsasında AQTA əməkdaşları Masallı rayonunun Təzəkənd kəndində fəaliyyət göstərən, fiziki şəxs Rasim Fazil oğlu Məmmədova məxsus süd qəbulu məntəqəsində yoxlama aparıblar.

 

Baxış zamanı məntəqədə normativ hüquqi aktların və sanitar-gigiyenik qaydaların tələblərinin pozulduğu aşkarlanıb.

 

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Tarix: 21 Avqust 2025, 12:17   
Seçilən
46
5
pravda.az

8Mənbələr