AZ

Bacısı məşhur psixoloqun estetik əməliyyat zamanı ölümündən danışdı

Xəbər verdiyimiz kimi, Bakıda 36 yaşlı psixoloq Nilufər Abdulla “Etalon” hospitalda liposaksiya (bədənin müxtəlif nahiyələrindən piyin çıxarılması) əməliyyatından sonra vəfat edib.
Heftelik.az xəbər verir ki, bu barədə psixoloqun bacısı Fidan Abdulla “Baku TV”yə müraciət edib.
Fidan Abdulla bacısının ölümü ilə bağlı bir sıra faktları açıqlayıb. Belə ki, o, Pərviz həkimlə danışdıqlarını, amma əməliyyatı Seymur Məmmədovun icra etdiyini bildirib:
“Bacımı cərrah Seymur Məmmədov əməliyyat edib. Pərviz doktorun bir komandası var və Seymur həkim orada cərrah olaraq işləyir. Əməliyyatxanada yalnız Seymur Məmmədov var idi. Biz Pərviz doktora klinikanı bəyənmədiyimizi bildirdik, lakin o dedi ki, klinika əsas deyil, əsas həkimdir, həkimimiz də professionaldır. Mən son ana qədər palatada bacımın yanında idim. Reanimasiyaya keçirmədilər. Mən səbəbi soruşanda isə dedilər ki, bura, onsuz da reanimasiyadır. Amma bir aparat gətirmişdilər və ora palata idi. Bacım gözlərini açmışdı və mənə dedi ki, çox ağrıyıram”.
Fidan Abdulla bacısının ölümündə birbaşa “Etalon” klinikasının tibb işçilərini günahlandırır: “Burnundan oksigen və təzyiq ölçən aparatını çıxardılar və ürək döyüntüsünü göstərən aparatı bağladılar. Səbəbini soruşdum ki, niyə çıxarırsınız, olmaz axı. Dedilər ki, yatıb artıq.
Aparatı çıxardıqdan yarım saat sonra içəri bir tibb işçisi daxi oldu. Sonra aparatda nə gördüsə, bütün həkimləri ora çağırdı. Nəfəs darlığı yaranmışdı və o an aparatda bacımın ürək döyüntülərini görürdüm – 50, 40, 30… 0 olanda məni otaqdan çıxardılar. Artıq bacım dünyasını dəyişmişdi və mənə yalandan dedilər ki, biz müdaxilə edirik. Bacımın üç uşağı var idi və onlar hələ də hadisəni bilmirlər. 7 yaşında əkiz uşaqları var. Böyük övladı isə 9 yaşındadır. Efirə baxmağa icazə vermirik, telefonlarını əllərindən almışıq”.
Seçilən
4
9
heftelik.az

10Mənbələr