ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn seçkilərdə xalqın sülh və ya onun olmaması haqda qərar verməli olacağını qeyd edib.
APA xəbər verir ki, bunu Ermənistanın rəhbəri bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Konstitusiyada dəyişikliklərə gəlincə, Paşinyan ehtiyac yaranarsa dəyişiklik haqda qərar veriləcəyini qeyd etdi.
“Əgər ratifikasiya prosesi zamanı Konstitusiya Məhkəməsi sülh sazişinin paraflanmasının Konstitusiyaya zidd olduğunu qərara alarsa, mən şəxsən konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs irəli sürəcəyəm. Hazırda buna dair düşünməyə ehtiyac yoxdur, amma bizdə yeni Konstitusiyanın qəbul edilməsi gündəliyi var”, - deyə Paşinyan bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.