AZ

Ukrayna Putin Zelenski görüşü üçün yeni yerlər təklif etdi

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Vatikan, Cenevrə, İstanbul və Səudiyyə Ərəbistanı Rusiya, ABŞ və Ukrayna prezidentləri arasında mümkün görüşün keçiriləcəyi yerlər kimi nəzərdən keçirilir. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak açıqlayıb. 

Onun sözlərinə görə, son günlər adı hallanan Budapeşt prioritet variant deyil: "Görüşün hələ harada baş verəcəyini bilmirik. Siyahıda müxtəlif yerlər var: Cenevrə, İstanbul, Vatikan, Səudiyyə Ərəbistanı. Budapeşt təbii ki, 1994-cü ildə yerinə yetirilməmiş razılaşmanın xatirəsinə adlandırılıb, lakin bu yerə üstünlük verilmir".

Diplomat qeyd edib ki, Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında ikitərəfli danışıqların başlaması gözlənilir və bundan sonra Donald Trampla üçtərəfli sammitin baş tutması mümkündür . 

O, həmçinin bildirib ki, Moskva görüşün keçiriləcəyi yer kimi nəzərdən keçirilmir.

Ağarza Elçinoğlu 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
unikal.az

1Mənbələr