AZ

Şəmkirdə zəhərlənənlərlə bağlı araşdırmalara başlanılıb

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Agentliyin "1003-Çağrı Mərkəzi"nə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus "Almalı" kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.

"Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir",- deyə əlavə edilib.

Xatırladaq ki, avqustun 20-i saat 18:30 radələrindən başlayaraq, zəhərlənmə əlamətləri ilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli, 9-u uşaq olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Göstərilən tibbi yardımdan sonra 15 nəfər ambulator müalicə üçün evə buraxılıb, 5 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Şəxslərin dönərdən zəhərləndiyi ehtimal edilir. Fakt araşdırılır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
news.milli.az

3Mənbələr