AZ

Rusiya Azərbaycanla sərhəddə əməliyyat keçirib: FTX casus tutduğunu iddia edir

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın Azərbaycanla sərhədində, Dağıstanda Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) işləyən şəxs saxlanılıb. O, Rusiya Hərbi Sənaye Kompleksinin əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya aparmaq istəyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

FTX tərəfindən Rusiya-Azərbaycan sərhədini Dağıstan Respublikasının "Yaraq-Qazmalar" avtomobil keçid məntəqəsində keçərkən Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən cəlb edilmiş xarici ölkə vətəndaşı, 1989-cu il təvəllüdlü Yadulla Ramiz oğlu Rufullayev saxlanılıb.

O, Rusiya hərbi-sənaye kompleksinin sirr daşıyıcılarından birinə hücum nəticəsində əldə etdiyi xidməti xarakterli materialları Rusiya ərazisindən çıxarmağa çalışırmış", - məlumatda bildirilir.

Vurğulanır ki, saxlanılan şəxs Ukraynada yaşayan qardaşı, 1981-ci il təvəllüdlü Səbuhi Ramiz oğlu Rufullayevin tapşırığı ilə Kurqan vilayətində gizli yerdən sənədləri və mobil telefonu sonradan Ukraynaya göndərmək məqsədilə götürdüyünü etiraf edib.

Faktla bağlı Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə düşmənə kömək etmə maddəsi ilə cinayət işi açılıb, bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Həmin cinayətlərin təşkilində və törədilməsində iştirak edən bütün şəxslərin müəyyən edilməsi, habelə onları sifariş edən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
oxu.az

2Mənbələr