Ukrayna prezidenti Vladimir Zelenski uzaqmənzilli “Flamingo” raketini böyük uğur adlandırıb və onun kütləvi istehsalını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini RBC-Ukrayna sitat gətirib.
Zelenski bildirib ki, raket artıq sınaqdan keçirilib və bu, Ukraynanın bu gün əldə etdiyi uğurudur. O, raketin 3000 kilometrə uça biləcəyini vurğulayıb.