AZ

Təhsil krediti almaq istəyən bu tələbələr üçün bal həddi endirildi

Bakı. Trend:

Təhsil Tələbə Krediti Fondundan yeni qərarlar tələbələrin təhsilimkanlarını genişləndirir.

Bu barədə Trend-ə TTKF-dan məlumat verilib.

Bildirilib ki, Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinə ümumirəhbərliyi həyata keçirən Himayəçilik Şurasının avqust ayındakeçirilmiş iclasında orta ixtisas və ali təhsil pillələrinə yeniqəbul olmuş tələblərə dair mühüm qərarlar qəbul edilib.

"Məlumdur ki, orta ixtisas təhsili müəssisələrində standart növtəhsil tələbə kreditindən yararlanmaq üçün subbakalavriatsəviyyəsində abituriyentin topladığı balın minimum həddi110-dur.

Qərara əsasən, orta ixtisas təhsilinin xüsusi qabiliyyət tələbedən ixtisasları üzrə birinci tədris ilinin ilk semestrindətələbələrin qəbul imtahanında toplamalı olduqları minimal bal həddi40 bal olaraq müəyyən edilib.

Qeyd edək ki, bu minimal bal tələbi yalnız standart növ təhsiltələbə kreditindən yararlanmaq istəyənlərə şamil olunur. Sosial növtəhsil tələbə kreditində isə belə bir bal limiti mövcud deyil.

Digər vacib yenilik Sxolastik Qiymətləndirmə Testi (ScholasticAptitude/Assessment Test - SAT) imtahanı nəticələri ilə ali təhsilmüəssisələrinə qəbul olunmuş tələbələrlə bağlıdır. Belə ki, butələbələrə də birinci tədris ilinin ilk semestrində standart tələbəkrediti almaq imkanı yaradılıb. SAT imtahanı üzrə minimal bal həddi1200 bal olaraq təsdiqlənib

Qəbul edilən qərarlar tələbələrin təhsil imkanlarınıngenişləndirilməsi, sosial bərabərliyin təmin olunması və daha çoxgəncin təhsilə cəlb olunması baxımından çox əhəmiyyətlidir",- deyəməlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
22
4
az.trend.az

5Mənbələr