AZ

“Onları tənqid etmək olmaz, mən özüm 10 nəfərdən istifadə etdim”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsinin “Benfika” ilə ilk oyunu haqda (0:0) danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin yaxşı çıxış etdiyini söyləyib:

“Onları tənqid etmək olmaz. “Benfika” onlara lazım olduğu kimi oynadı.

Bu, bizə hörmət etdiklərini göstərir. Onların daha çox potensialı və bacarığı var.

“Feyenoord”a qarşı necə oynadığımızı gördülər. Rəqib beş müdafiəçi ilə oynamaqla strateji baxımdan istədiyi nəticəni əldə etdi.

Onlar üçün yaxşı nəticədir. Tənqid yoxdur. Mən özüm “Benfika”ya qarşı müdafiədə on nəfərdən istifadə etdim”.

Seçilən
16
sportinfo.az

1Mənbələr