AZ

Sənə cadu ediblər, ona görə ərə gedə bilmirsən... Seymur Baycan

Kulis.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kulis.az Seymur Baycanın yazısını təqdim edir.

Falçılıqla məşğul olmağı qanunla qadağan etmək istəyirlər. Bəs bu qadağanın hansı nəticələrə gətirib çıxaracağını bir dərindən düşünən adam varmı?!Qadağan etmək asandır. Amma gərək qadağanın hansı nəticələr verə biləcəyini də dərindən düşünəsən.Əgər falçılıq qadağan olunsa, ərə getmək istəyən minlərlə, onminlərlə qıza kim ümid verəcək?! Kim onlara deyəcək ki, sənə cadu ediblər, ona görə ərə gedə bilmirsən.Əgər onlar bilsələr ki, ortada cadu yoxdu və onlar doğrudan da ərə gedə bilmirlər, bu acı, bu zəqqutum həqiqəti həzm edə biləcəklərmi?!

Tarixən məlumdur ki, insan ümidsuz yaşaya bilməz. Bəs ərə getmək ümidini itirən qızlar kütləvi surətdə dəli olsalar, hökümətin bu dəliləri saxlamağa, onları müalicə etməyə, təzədən həyata qaytarmağa gücü çatacaqmı?Onları təzədən həyata qaytarmaq üçün bu qədər psixoloqu, psixiatrı, sosioloqu və digər mütəxəssisləri hardan tapacağıq?!Falçılar ərə getmək istəyən və ərə gedə bilməyən minlərlə, on minlərlə qıza ümid verirdilər. Sənə cadu ediblər - deyərək, bu dəhşətli uğursuzluğun, ərə gedə bilməməklərinin səbəbini onların özlərində olmadığını göstərirdilər.Beləliklə, falçılar onminlərlə qızın dəli olmasının qarşısını alırdılar. İndi o qızlar bilsələr ki, cadu yoxdu, onlar doğrudan da ərə gedə bilmirlər, amansız rəqabətdə uduzublar və bunun fonunda yaxın rəfiqəsi, lap doğma bacısı, qonşusu, qohumu, iş yoldaşı, qrup yoldaşı, yol yoldaşı gəlin paltarı geyinəndə, vağzalı havası çalınanda bu zərbəyə, bu ağır dərdə, bu zülmə, bu məşəqqətə, bu faciəyə, həyatın bu amansızlığına, bu iztiraba, bu ədalətsizliyə necə tab gətirəcəklər?! Bu haqda bir düşünən varmı?

Tanınmış ulduzun konsertləri Puerto-Rikonu turizm mərkəzinə çevirdi

Cehiz və qızıl davası edən analar

Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı vəzifələr həvalə olundu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
kulis.az

1Mənbələr